Azərbaycanın Rusiyaya ixracı artıb

Azərbaycanın Rusiyaya ixracı artıb
# 15 may 2020 15:18 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 804 007,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 35 076 min dollar və ya 4,2% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 15 089,6 min dollar və ya 8,5% artaraq 193 536,1 min dollar, idxalın həcmi isə 50 165,6 min dollar və ya 7,6% azalaraq 610 471,5 min dollar təşkil edib.

Hesabat dövründə 416 935,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 652 55,1 min dollar və ya 13,5% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR