Azərbaycanın dövlət büdcəsinin kəsiri yanvar-sentyabrda ÜDM-in 1,3%-i təşkil edib

Azərbaycanın dövlət büdcəsinin kəsiri yanvar-sentyabrda ÜDM-in 1,3%-i təşkil edib
# 16 oktyabr 2020 11:14 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlәt büdcәsinin gәlirlәri 17 964,5 mln. manat, xәrclәri isə 18 642,1 mln. manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, büdcәnin icrasında 677,6 mln. manatlıq vә ya ÜDM-in 1,3%-i qәdәr kәsir yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 6,5%, xərcləri isə 11,7% artıb.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında 180,6 mln. manatlıq profisit yaranmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR