Bakıda mağazadan 2 min manatlıq üzük oğurlayan şəxs tutulub

Bakıda mağazadan 2 min manatlıq üzük oğurlayan şəxs tutulub
# 31 may 2019 13:04 (UTC +04:00)

Paytaxtın Nəsimi rayonunda yerləşən mağazadan üzük oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 17-də rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR