FHN: “Sədərək”də ümumi sahəsi 1600 m² olan anbarın 900 m² sahəsi yanıb

FHN: “Sədərək”də ümumi sahəsi 1600 m² olan anbarın 900 m² sahəsi yanıb
# 05 avqust 2019 10:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Sədərək ticarət mərkəzindəki yanğınla bağlı növbəti açıqlamasını yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR