İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib
18 aprel 2020 13:51 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 5000-i keçib.
APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildiirb. Onun sözlərinə görə, son bir gün ərzində koronavirusdan 73 nəfər vəfat edib, bununla da ölkədə indiyədək bu virusdan ölənlərin sayı 5031-ə yüksəlib.
Son sutka ərzində 1374 yeni yoluxma faktı qeydə alınıb və bununla da bu günə kimi İranda COVID-19 virusuna yoluxanların sayı 80868-ə çatıb. İndiyədək virusa yoluxmuş 55987 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3513 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Asiya
Münaqişə başlayan gündən İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub
23:16
4 oktyabr 2024
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
15:51
4 oktyabr 2024
İranın XİN rəhbəri Beyrutda Livanın baş naziri ilə görüşüb - YENİLƏNİB
15:29
4 oktyabr 2024
İsrail "Hizbullah"ın daha bir komandirini zərərsizləşdirib
14:18
4 oktyabr 2024