Nazir: "Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması sağlam qidanın təmin edilməsində mühüm rol oynayacaq"

Nazir: "Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması sağlam qidanın təmin edilməsində mühüm rol oynayacaq"
# 03 may 2019 11:00 (UTC +04:00)

Azərbaycanda Elektron Kənd Təsərrüfatı Sistemin qurulması qida təhlükəsizliyi sahəsində sağlam qidanın təmin edilməsində mühüm rol oynayacaq. ONA-nın xəbərinə görə, bunu "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş dəyirmi masada çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu sistemin nəzdində yaradılan fermer reyestri çərçivəsində fermerlər üzrə elektron baza hazırlanacaq ki, subsidiya tədbirləri, o cümlədən gübrə və pestisidlərin güzəştli satışı bu sistem vasitəsilə həyata keçiriləcək.

"Bununla da fermerlərin təsərrüfat göstəriciləri, yeni əkin sahələri, məhsuldarlıq proqnozları mütəmadi olaraq bu sistemə daxil olunacaq", - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR