9 may Böyük Vətən müharibəsində Qələbə günü ilə əlaqədar 10 və 11 may tarixləri Bakı DOST mərkəzləri və Çağrı mərkəzi 142 üçün qeyri-iş günləridir.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Verilən məlumata görə, 12 may tarixindən etibarən pensiya, müavinət, təqaüd alınması üçün hazır bank kartlarının verilməsi və ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə müvafiq fəaliyyətlər üzrə yenidən xidmət göstəriləcək.