Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 19-cu məhəlləsində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oqtay oğlu özünü asıb. İntiharın səbəbləri bilinmir. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.