#
# 11:32
1 iyun 2024

Xarici korporasiyalar uşaq əməyindən milyardlarla dollar gəlir əldə edir

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə təsis olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü onların hüquqlarının qorunmasına, beynəlxalq müdafiəsinə həsr edilib. Bu günün təsis olunmasından 70 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də insan hüquqlarından dəm vuran bəzi ölkələr, o cümlədən Fransa uşaq hüquqlarını kobud şəkildə tapdalayır, onların əməyini istismar edir.

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın 32-ci maddəsində iqtisadi istismardan və uşaqlardan sağlamlığı üçün təhlükəli və ya təhsilinə mane ola biləcək və ya sağlamlığına və ya fiziki, əqli, mənəviyyatına zərər vura biləcək hər hansı işi görməkdən qorunmağı , mənəvi və ya sosial inkişafa təminat verilir.

BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisi keçən ilin avqustun ayında dünyada azyaşlıların əməyinin istismar olunması haqqında hesabat dərc etdi. 

Hesabatda deyilir ki, dünyanın bütün regionlarında 5 yaşdan 17 yaşa qədər olan azyaşlı və yeniyetmələr uşaq əməyinə cəlb olunur. 

Dünya üzrə istismara məruz qalan uşaqların ən yüksək nisbəti Afrika qitəsinin payına düşür. 

2020-ci ilin əvvəlində UNICEF elan etdi ki, dünyada 160 milyon azyaşlı əmək köləliyinə cəlb olunub.

İki il sonra, 2022-ci ilin sonunda isə UNICEF, 2 il davam edən COVID-19 pandemiyası səbəbindən daha 9 milyon uşağın əmək köləliyinə cəlb olunduğunu elan etdi.

2024-cü ildə UNİCEF aradan keçən iki il ərzində isə miqrasiya və iqtisadi böhranların bu sahədə vəziyyəti daha da pisləşdirdiyini bəyan etdi. 

BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisinin hesabatında əməyi istismar olunan uşaqların tam yarısı– 84,5 milyon uşağın sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına zərər verə biləcək təhlükəli işlərdə çalışır.

Uşaqların fiziki və psixi sağlamlığını riskə atan və onların təhsilinə mane olan bu tendensiya bütün qitələrdə müşahidə olunur. 
Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerikada müşahidə olunan uşaq əməyinin istismarı Afrikada daha geniş vüsət alıb.

Uşaq əməyinin istismarı qurbanları arasında oğlanların sayı 97 milyon, qızların sayı isə 63 milyondur. 

Oxşar hesabatı BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi də dərc edib. 

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, oğlan uşaqlarından fərqli olaraq, qızlar daha çox cinsi istismara məruz qalırlar. 

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi həm də seksual zorakılığa məruz qalmış azyaşlılar arasında köləlikdən xilas edilən qızların faizini hesablayıb.

Hesabata görə, insan alveri qurbanları olan uşaqların 50%-i cinsi istismara məruz qalır,  40%-i isə məcburi ağır əməyə cəlb edilib. 

Rəqəmlər insanı dəhşətə gətirir…

Əməyi istismar olunan azyaşlıların 79 milyonu – mədənçıxarma və tikinti kimi  təhlükəli sahələrdə  çalışır.

BMT-nin müasir köləlik üzrə xüsusi məruzəçisi əməyi istismar olunan azyaşlıları regionlara görə faiz dərəcələri üzrə qruplara bölüb. 

Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerikada uşaqların 2-4%-i, Afrikada isə orta hesabla uşaqların təxminən 22-30%-nin  əməyi istismar olunur.

Uşaq əməyinin bütün dünya üzrə ən yüksək nisbəti Saxara səhrasının cənubunda yerləşən Sahel bölgəsindəli azyaşlılarının payına düşür.

Uşaq əməyinin istismarını regionlar üzrə fərqləndirən cəhətlər də var. 

Məsələn, əgər Yaxın Şərq, Avropa, Asiyada uşaq əməyinin istismarı onun ailəsi və yaxınlarının xeyrinə baş verirsə, Afrikada bu hal tam fərqlidir.

Burda uşaq əməyi yadelli korporasiyaların xeyrinə, onları ailəsindən ayırmaqla, müasir köləliyin xüsusiyyətlərini özündə əks etdirməklə davam edir. 

Fransanın müstəmləkəsi olan Sahel bölgəsi ölkələrində hər üçüncü uşağın əməyi istismar olunmaqla müasir köləliyin ən dəhşətli xüsusiyyətləri ilə fərqlənir.

Eyni göstəricilər “Save the Children” təşkilatının 2020-ci ildə dərc etdiyi hesabatda da əksini tapıb. 

Təşkilat iddia edir ki, izlənə bilinən məlumatlara görə, planetdə əməyi istismar olunan uşaqların sayı 86,6 milyon nəfərdir. 

“Save the Children” təşkilatı uşaq əməyinin qurbanlarının yarısından çoxunun Afrikanın payına düşdüyünü, göstəricilərdə isə Sahel bölgəsinin beş ölkəsinin lider olduğunu qeyd edib. 

Bu ölkələr Burkina Faso, Mavritaniya, Mali, Niger və Çaddır. 

Fransanın Afrikada digər keçmiş müstəmləkələri Benin, Kot-d'İvuar, Seneqal, Kamerun, Mərkəzi Afrika Respublikası, Qvineya-Bisau, Ekvatorial Qvineyada , Çad, Konqo-Brazzavil və Qabon kimi ölkələrində azyaşlılar bir qarın çörək üçün mədənlərdə 18-20 saat çalışırlar.

“Save the Children” təşkilatının hesabatlarında göstəricilər adamı dəhşətə gətirir.

Sahel bölgəsinin bu beş ölkəsində əməyi istismar olunan uşaqların sayı bütün dünyada əməyi istismar olunan uşaqların sayının 23,9%-ni təşkil edir.

Bu bölgədə hər üçüncü uşaq kölədir. 

“Save the Children” təşkilatı 2021-ci ildə uşaq əməyinin ən yüksək səviyyəsi Afrikanın Somali və Toqo ölkələrində qeydə alıb. 

Somalidə 17 yaşdan aşağı bütün uşaqların 49%-i, Toqoda isə 48,9% mədən və plantasiyalarda kölə kimi çalışır.

Afrikanın bu bölgələrində həm də orta əsrlər  üçün xarakterik olan uşaqların qul kimi satılması tendensiyası hələ də davam edir.

Burda azyaşlı kölənin qiyməti 37-40 dollar civarındadır. 

Bu bölgədə uşaqların işləməyə məcbur edilməsinin əsas səbəblərindən biri kimi ailələrinin və özlərinin yaşamasının bundan asılı olması kimi göstərilsə də, digər səbəblər var. 

Uşaq əməyinin geniş yayılmasında yoxsulluğun və sosial inkişafın aşağı səviyyəsinin nəticəsi olması kimi, həm də onların müdafiəsiz və ucuz işçi qüvvəsi olması həlledici rol oynayır. 

Yadelli korporasiyalar təbii ehtiyatlardan və yerli azyaşlı sakinlərin qul əməyindən milyardlarla gəlir əldə edir. 

Son 20 ilə qədər Afrika müstəmləkələrində azyaşlılar əsasən qızıl və almaz mədənlərində çalışırdılar.

Hazırda isə azyaşlılar smartfon və elektrik avtomobillərinin istehsalı üçün vacib metal olan kobalt kimi nadir mineralları istehsal edən ağır mədən sənayelərində çalışırlar.

Bu zəhərli mineralın dünya ehtiyatlarının yarısından çoxu isə Konqodadır.

Kobalt litium-ion batareyaları, smartfon batareyaları, oyun konsolları, noutbuklar, smartfonlar və planşetlər, ağıllı saatlar və elektrik nəqliyyat vasitələri üçün istifadə olunur.

OXŞAR BLOQLAR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR