Azərbaycan yığma komandalarının Şahmat Olimpiadasında rəqibləri müəyyənləşib

Azərbaycan yığma komandalarının Şahmat Olimpiadasında rəqibləri müəyyənləşib
# 13 noyabr 2008 13:44 (UTC +04:00)
Bakı – APA-Sport. Bu gün Almaniyanın Drezden şəhərində start götürən XXXVIII Şahmat Olimpiadasında milli komandamızın rəqibləri müəyyənləşib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun “APA-Sport”a verdiyi məlumata görə, kişilərdən ibarət yığmamız Çernoqoriya ilə qarşılaşacaq. Bu görüşdə Teymur Rəcəbov birinci, Şəhriyar Məmmədyarov ikinci, Qədir Hüseynov üçüncü, Rauf Məmmədov isə dördüncü lövhədə oynayacaq. Yığmamıza cəlb edilən Vüqar Həşimov isə bu turda istirahət edəcək.

Qadınlardan ibarət milli komandamız isə turnirin favoriti Rusiya ilə oynayacaq. Bu oyunda Zeynəb Məmmədyarova qara fiqurlarla birinci, Türkan Məmmədyarova ikinci, Xəyalə İsgəndərova üçüncü, Nərgiz Umudova isə dördüncü lövhədə çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR