Nyu-Yorkda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTOSESSIYA

Nyu-Yorkda Novruz bayramı ilə bağlı tədbir keçirilib - <font color=red>FOTOSESSIYA</font>
# 24 mart 2009 07:56 (UTC +04:00)
APA-nın ABŞ bürosunun verdiyi məlumata görə, Amerika Azərbaycanlıları Cəmiyyətinin (AAC) sədri Tomris Azəri tədbirin açılış mərasimində çıxış edərkən bayramın tarixçəsi və türk xalqları üçün əhəmiyyətindən danışıb. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Novruz bayramının baharın gəlişi ilə yanaşı birlik, barışıq rəmzi olduğunu qeyd edib, bütün türk dünyasına gələn il sülh və əminəmanlıq şəraitində yaşamağı arzu edib.
Tədbirdə bu il Amerika Azərbaycanlıları Cəmiyyətinin xüsusi mükafatlarına layiq görülmüş Nərmin Sultanova (Nyu-York Şəhər Universiteti) və Cəmilə Həşimovanın (Corctaun Universiteti) mükafatlandırılıb. Xatırladaq ki, AAC-nin Amerikada oxuyan azərbaycanlı tələbələr arasında elan etdiyi müsabiqənin əsas məqsədi onların diasporun gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini öyrənmək olub.

Toplantıda Türkiyənin Nyu-York şəhərindəki baş konsulu Mehmet Samsar, Amerika Türkləri İcmasının nümayəndəsi Əli Çinar, yəhudi icmasının liderlərindən Erza Friedlander və sair şəxslər iştirak ediblər.

Tədbir Lalə Yusubovanın «Qafqaz» rəqs qrupu və Əmir Vahabın ansamblının çıxışı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR