«Standard&Poor’s»: Azərbaycanda problemli banklar bağlana bilər

«Standard&Poor’s»: Azərbaycanda problemli banklar bağlana bilər
# 12 iyun 2009 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sisteminə dəstək göstərməyə hazır olan dövlətlərin siyahısına daxil edib. «APA-Economics»in məlumatına görə, agentlik tərəfindən hazırlanmış hesabata əsasən, bununla bağlı «Standard&Poor’s» Azərbaycan banklarının reytinqlərini artırmaq niyyətində deyil. Çünki təşkilat tərəfindən verilən reytinqlər likvidliyin əldə olunmasında üstünlüklər, prudensial tənzimləmə və fəal nəzarət kimi dövlətin dolayısı ilə dəstəyini də nəzərə alır.

Agentliyin hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə böhranına vaxtında və adekvat şəkildə reaksiya verib. Belə ki, uçot dərəcəsi və ehtiyat normaları dəfələrlə azaldılıb ki, bu da bank sektorunu təxminən 350 mln. manatlıq əlavə likvidliklə təmin edib. Bundan başqa, AMB ötən ilin noyabrında «UniBank» Səhmdar Kommersiya Bankına 50 mln. manat həcmində birbaşa maliyyə dəstəyi göstərib və 250 mln. manat həcmində digər banklara qısamüddətli kreditlər ayırıb.

«Standard&Poor’s» hesab edir ki, dünyada likvidliklə bağlı gərginliyin hələ də qalması ilə əlaqədar digər banklar da AMB-nin dəstəyinə nail olmağa cəhd göstərəcək. Agentliyin hesablamalarına əsasən, AMB-nin bank sektoruna maliyyə dəstəyinin ümumi həcmi 400 mln. manata çata bilər.

Eyni zamanda hesabatda vurğulanır ki, dövlətin bank sektoruna dəstəyi seçmə xarakter daşıyır: «Hesab edirik ki, gərgin maliyyə vəziyyəti zamanı ölkə rəhbərliyi çətinliklərlə üzləşən təşkilatların nəzarət və tənzimləməsini gücləndirə bilər. Etiraf edirik ki, hökumət bank sistemində problemlərin çoxalmasına imkan verməmək üçün dəstək göstərməyə hazır olduğunu nümayiş etdirir ki, bu da AMB-nin müxtəlif addımları ilə sübut olunur. Lakin bununla belə, kiçik bankların dəstəklənməsi ehtimalı yüksək deyil. Daha çox ehtimal olunan ssenari kimi strateji əhəmiyyət daşımayan problemli bankların bağlanması ola bilər». Sənəddə həmçinin vurğulanır ki, Mərkəzi Bank intervensiya (valyuta bazarına müdaxilə) və preventiv tədbirlərin görülməsi üçün bütün zəruri imkan və mexanizmlərə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR