Adanada etiraz aksiyası zamanı polis əməkdaşı öldürülüb

Adanada etiraz aksiyası zamanı polis əməkdaşı öldürülüb
# 06 noyabr 2016 20:29 (UTC +04:00)

Türkiyənin Adana şəhərində keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb, bir polis ölüb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, insident Çukurova prospektində qeydə alınıb.

Məlumata görə, PKK tərəfdarları polisə “Molotov kokteyli” və daş atıb. Polis aksiyanı dağıtmaq üçün bibər qazı və su sırnaqlarından istifadə edib.

İnsident zamanı nümayişçilərin açdığı atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR