Həftənin əvvəlindən dünya bazarında neft 6% ucuzlaşıb

Həftənin əvvəlindən dünya bazarında neft 6% ucuzlaşıb
# 05 sentyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,46 dollar düşərək 1 barelə görə 107,89 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar – 106,3 dollaradək ucuzlaşıb.
Qeyd edək ki, ABŞ dollarının avroya qarşı möhkəmlənməsi fonunda həftənin əvvəlindən dünya bazarında neft 6% ucuzlaşıb. Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) proqnozlarına görə, 2009-cu ildə «qara qızıl»a olan tələbat cəmi 1% artacaq ki, bu da son 7 il ərzində ən aşağı göstəricidir.
Neftin nisbətən ucuzlaşmasına baxmayaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) proqnozlaşdırır ki, 2008-ci ildə hava nəqliyyatı sektoru 5,2 mlrd. dollar həcmində zərər çəkəcək. Təşkilatın analitiklərinin fikrincə, kifayət qədər yüksək qalan neftin qiyməti yanacağın dəyərinə və aviaşirkətlərinin xidmətlərinə olan tələbatın azalmasına təsir göstərir. IATA-nın məlumatına görə, cari ilin iyul ayında hava nəqliyyatı daşımaları ötən ilin analoji dövrü ilə müqayisədə 1,9% azalıb. IATA-nın proqnozlarına görə, 2009-cu ildə hava nəqliyyatı sektorundakı zərər 4,1 mlrd. dollar təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR