Dünya bazarında neft daha 3 dollar ucuzlaşıb

Dünya bazarında neft daha 3 dollar ucuzlaşıb
# 10 sentyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 3,08 dollar düşərək 1 barelə görə 103,26 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,10 dollar – 100,34 dollaradək ucuzlaşıb.
Bu gün səhər isə WTI neftinin qiyməti 1,13 dollar – 104,39 dollaradək, Brent markalı neftin dəyəri 1,39 dollar – 101,73 dollaradək bahalaşıb.
Qeyd edək ki, Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) dünənki iclasında neft hasilatının 1,8% - sutkada 520 min barel azaldılması haqqında qərar qəbul olunub. Beləliklə, neft hasilatının ümumi həcmi sutkada 28,8 mln. barel təşkil edəcək. Bundan əlavə, konfransda İndoneziya OPEC-i tərk etməsi barədə qərarını açıqlayıb.
Səudiyyə Ərəbistanın neft naziri Əli əl-Naimi bəyan edib ki, hazırda neft bazarı yaxşı balanslaşdırılıb və xammal ehtiyatı normal səviyyədədir: «Bazarda tarazlıq yaradılıb. İyun ayında keçirilmiş görüşdən sonra biz neftin qiymətinin hazırkı səviyyəyə çatdırılması üçün xeyli iş gördük».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR