Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 30 mln. manatlıq notları yerləşdirilib
# 10 sentyabr 2008 12:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103619S seriyalı, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 45 877 200 manat təşkil edib. Sifarişlər 99,15% (gəlirlik 11,02%) qiyməti ilə təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,15% (gəlirlik 11,02%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 30 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2008-ci ilin oktyabrın 8-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR