Dow Jones indeksi 0,34%, Nasdaq 0,85 %, S&P 500 isə 0,61% yüksəlib

Dow Jones indeksi 0,34%, Nasdaq 0,85 %, S&P 500 isə 0,61% yüksəlib
# 11 sentyabr 2008 08:55 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 10-da Amerika bazarlarında Dow Jones indeksi 0,34% - 11268,92 bəndədək, Nasdaq 0,85% - 2228,70 bəndədək, S&P 500 isə 0,61% - 1232,04 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində «Exxon Mobil»in səhmləri 2,7%, «ConocoPhillips»in 5,2% bahalaşıb. «Lehman Brothers» bankının 2007-2008-ci maliyyə ilinin 9 ayını 6,21 mlrd. dollar həcmində zərərlə başa vurması haqqında məlumatların fonunda bankın səhmləri 6,9%, «Merrill Lynch» investisiya bankının isə 3,8% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,91% - 5366,20 bəndədək, Almaniya DAX-ı 0,37% - 6210,32 bəndədək, Fransa CAC-40-ı isə 0,23% - 4283,66 bəndədək enib. Fransanın «Natixis» investisiya bankının qiymətli kağızları 6%, Britaniyanın HBOS-in 2,8%, «Credit Agricole»nın 4,2%, «Royal Bank of Scotland»ın 3,6%, «Barclays»ın 5,3%, İsveçrənin UBS-in 4% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3946 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR