Dow Jones indeksi 3,86%, Nasdaq 4,78%, S&P 500 isə 4,33% yüksəlib

Dow Jones indeksi 3,86%, Nasdaq 4,78%, S&P 500 isə 4,33% yüksəlib
# 19 sentyabr 2008 08:57 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 18-də Amerika bazarlarında Dow Jones indeksi 3,86% - 11019,69 bəndədək, Nasdaq 4,78% - 2199,10 bəndədək, S&P 500 isə 4,33% - 1206,51 bəndədək yüksəlib.
«APA-Economics»in məlumatına görə, bazarın və likvidliyin dəstəklənməsi məqsədilə ABŞ-ın Federal Ehtiyat Sistemi bir sıra mərkəzi banklarla birgə 180 mlrd. dollar həcmində «overnight» kreditlərinin verilməsinə dair qərar qəbul edib. Gələcəkdə bu məbləğ hətta 127 mlrd. dollara çatdırıla bilər. Belə ki, Avropanın Mərkəzi Bankı 110 mlrd. dollar, Yaponiyanın – 60 mlrd. dollar, İngiltərənin – 40 mlrd. dollar, İsveçrənin – 27 mlrd. dollar, Kanadanın – 10 mlrd. dollar həcmində vəsait təqdim edəcək.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 0,66% - 4880,00 bəndədək, Fransa CAC-40-ı 1,06% - 3957,86 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,04% - 5863,42 bəndədək düşüb. Britaniyanın «Barclays» bankının qiymətli kağızları 5,3%, «Lloyds TSB»nin - 15% ucuzlaşıb, «HBOS»in səhmləri isə 17% bahalaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4205 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR