Bu gün BBVB-nin valyuta bölməsində 10,985 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 10,985 mln. dollarlıq əqd bağlanıb
# 19 sentyabr 2008 15:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8123 AZN/$1 təşkil edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8118 AZN/$1, USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 7 685 685 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.
BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararsı əqdlərin həcmi 1 247 616 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8123 AZN/$1 təşkil edib.
Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 10,985 mln. dollar və ya 8 933 301 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2,197 mln. dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,75%, ABŞ dolları üzrə isə illik 16,56% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 1 mln. manat, 3,5 mln. dollar, 5 mln. dollar, 8,5 mln. dollar, 3,5 mln. 6,5 mln. dollar, müddətləri 3, 90, 90, 120, 180, 180 gün və faiz dərəcələri 12,00%, 15,00%, 15,00%, 15,00%, 15,00%, 15,00% təşkil edən əqdlər qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR