Dow Jones indeksi 1,47%, Nasdaq 1,18%, S&P 500 isə 1,56% enib

Dow Jones indeksi 1,47%, Nasdaq 1,18%, S&P 500 isə 1,56% enib
# 24 sentyabr 2008 08:36 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Sentyabrın 23-də Amerika bazarlarında Dow Jones indeksi 1,47% - 10854,17 bəndədək, Nasdaq 1,18% - 2153,33 bəndədək, S&P 500 isə 1,56% - 1188,22 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, Amerika bazarlarında indekslərin düşməsi son 6 il ərzində maksimal olub. «Bank of America»nın qiymətli kağızları 2,5%, «General Motors»un 7,4% ucuzlaşıb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,91% - 5136,12 bəndədək, Almaniya DAX-ı 0,64% - 6068,53 bəndədək, Fransa CAC-40-ı isə 1,98% - 4139,82 bəndədək düşüb. Britaniya «Barclays» bankının səhmləri 4,2%, Fransanın «Societe Generale»in 3,4%, «Rio Tinto» neft şirkətinin isə 5% enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4783 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR