Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 759,4 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 20 759,4 mln. manatlıq notları yerləşdirilib
# 02 oktyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50103919S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 21 464 600 manat təşkil edib. Sifarişlər 99,19% (gəlirlik 10,89%) – 99,28% (gəlirlik 9,67%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,21% (gəlirlik 10,62%), orta ölçülmüş qiyməti isə 99,24% (gəlirlik 10,21%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 2 187 600 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 20 759 400 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 28-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR