Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə daha bir hərrac baş tutmayıb

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə daha bir hərrac baş tutmayıb
# 07 oktyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10205720S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə məbləği 482 min manat təşkil edib. Sifariş 97,09% (gəlirlik 11,52%) qiyməti ilə təqdim olunub.
Hərracda təqdim olunan sifarişin şərtləri emitenti qane etmədiyinə görə, hərrac baş tutmamış elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR