Dow Jones indeksi 2,1%, Nasdaq 0,8%, S&P 500 isə 1,2% enib

Dow Jones indeksi 2,1%, Nasdaq 0,8%, S&P 500 isə 1,2% enib
# 09 oktyabr 2008 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 8-də Amerika bazarlarında Dow Jones indeksi 2,14% - 9245,20 bəndədək, Nasdaq 0,83% - 1740,33 bəndədək, S&P 500 isə 1,22% - 984,04 bəndədək enib. «APA-Economics»in məlumatına görə, oktyabrın 8-də maliyyə qurumlarının səhmlərinin ucuzlaşması davam edib.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,18% - 4366,69 bəndədək, Fransa CAC-40-ı isə 6,31% - 3496,89 bəndədək, Almaniya DAX-ı isə 5,88% - 5013,62 bəndədək enib.
Qeyd edək ki, oktyabrın 8-də ABŞ-ın Federal Ehtiyat Sistemi, Avropa Mərkəzi Bankı, həmçinin İngiltərə, Kanada, İsveçrə və İsveçin mərkəzi bankları uçot dərəcələrinin aşağı saldıqlarını bəyən edib, lakin bu, hələ bazara müsbət təsirini göstərməyib.
Nəticədə, Böyük Britaniyanın «Barclays Plc.»nin səhmləri 2,4%, «Anglo Irish Bank»ın səhmləri 15,6%, Almaniya «Deutschebank»ının səhmləri 10,7% ucuzlaşıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3620 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR