Dünya bazarında neftin qiyməti 4,5% qalxıb

Dünya bazarında neftin qiyməti 4,5% qalxıb
# 14 oktyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Oktyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,37 dollar və ya 4,49% qalxaraq 1 barelə görə 81,19 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,37 dollar – 77,46 dollaradək qalxıb.
Neftin qiymətinin artmasının əsas səbəbi Avropanın aparıcı ölkə rəhbərlərinin oktyabrın 12-də Parisdə keçirilən sammiti nəticəsində maliyyə böhranına qarşı razılaşdırılmış tədbirlərin həyata keçirilməsi barədə qərarı olub. Xatırladaq ki, sammitdə Avropa ölkələrinin maliyyə sistemlərinin müflisləşməsinin qarşısını almaq məqsədi ilə müxtəlif məbləğlərdə vəsaitlərin ayrılması qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR