Bakı Fond Birjasında 10305820S seriyalı 4 204,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 10305820S seriyalı 4 204,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 22 oktyabr 2008 09:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 354,2 min manat təşkil edib. Sifarişlər 94,68% (gəlirlik 12,51%) – 95,47% (gəlirlik 10,56%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 95,11% (gəlirlik 11,44%), orta ölçülmüş qiymət isə 95,15% (gəlirlik 11,34%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 204,2 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 3-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR