Dow Jones indeksi 2,02%, S&P 500 1,26% yüksəlib, Nasdaq isə 1,25% enib

Dow Jones indeksi 2,02%, S&P 500 1,26% yüksəlib, Nasdaq isə 1,25% enib
# 24 oktyabr 2008 10:10 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Oktyabrın 23-də Amerika bazarlarında Dow Jones indeksi 2,02% - 8691,25 bəndədək, S&P 500 1,26% - 908,11 bəndədək yüksəlib, Nasdaq isə 1,25% - 1603,91 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, hərracın gedişində «ExxonMobil» və «Chevron» neft şirkətlərinin səhmləri müvafiq olaraq 9% və 8,2% bahalaşıb, «Goldman Sachs» investisiya bankının qiymətli kağızları isə 5,3% düşüb.
Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,16% - 4087,83 bəndədək, Fransa CAC-40-ı 0,38% - 3310,87 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 1,12% - 4519,70 bəndədək enib. İsveçrənin «Credit Suisse» bankının səhmləri 4,2%, «Daimler AG» avtomobil konserninin 1,3% ucuzlaşıb, «Royal Dutch/Shell» neft şirkətinin 4,8%, «Total»ın 1,5%, BP-nin 5% artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2879 dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR