Dünya bazarında neft daha 5% ucuzlaşıb

Dünya bazarında neft daha 5% ucuzlaşıb
# 12 noyabr 2008 07:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 3,08 dollar və ya 4,94% azalaraq 1 barelə görə 59,33 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,37 dollar – 55,71 dollaradək enib.
Dünya iqtisadi böhranı və neftə olan tələbatın kəskin azalacağı ilə bağlı proqnozlar neft bazarında əsas mənfi amili kimi qalmaqdadır. Dünya miqyaslı maliyyə və analitik qurumlar bir-birinin ardınca neftə olan tələbatın azalmasına dair proqnozlarını açıqlayır. Bu fonda neft bazarının iştirakçıları fyuçers kontraktlarına çox ehtiyatla yanaşır.
Etiraf etmək lazımdır ki, noyabrın 1-dən OPEC tərəfindən gündəlik neft hasilatının 1,5 mln. barel həcmində azaltması hələ də müsbət effekt verməyib. Qeyd edək ki, noyabrın 3-də neftin qiyməti Nyu-York əmtəə birjasında 67,81 dollar/barel olubsa, OPEC-in qərarının qüvvəyə minməsindən sonra qiymətlər 8,48 dollar və ya 12,5% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR