Dünya bazarında neftin ucuzlaşması davam edir

Dünya bazarında neftin ucuzlaşması davam edir
# 13 noyabr 2008 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 3,17 dollar və ya 5,34% azalaraq 1 barelə görə 56,16 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,34 dollar – 52,37 dollaradək enib.
Neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadi böhranı və bnun nəticəsi olaraq istehsalın azalacağı ilə bağlı proqnozlardır. Bu səbəbdən hazırda bazarda neftin artıq təklifi müşahidə olunur. Qeyd edək ki, Küveytin neft naziri Məhəmməd Əl-Əleym də bu fikirlə razıdır və bildirib ki, buna baxmayaraq, OPEC üzvləri neft hasilatının yenidən azaldılması barədə hələ düşünməlidir. Nazir vurğulayıb ki, ilk öncə hasilatın azaldılması bağlı qəbul olunan qərarın yaxın həftələr ərzindəki effektini gözləmək lazımdır.
OPEC-in prezidenti Şakib Xəlil isə öz növbəsində qeyd edib ki, əgər noyabrın əvvəlində qüvvəyə minən yeni azaldılmış hasilat kvotaları bazara təsir etməsə, OPEC yeni analoji addım ata bilər, bu da cari ayın sonunda məlum olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR