Dünya bazarında neft 58 dollara kimi bahalaşıb

Dünya bazarında neft 58 dollara kimi bahalaşıb
# 14 noyabr 2008 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,08 dollar və ya 3,7% artaraq 1 barelə görə 58,24 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar – 51,99 dollaradək enib.
ABŞ-ın Energetika Nazirliyi ötən həftə ölkədə neft ehtiyatlarının dəyişməyəcəyi barədə bəyanat yayıb. Nazirliyin analitik idarəsinin məlumatına əsasən, neft ehtiyatları 311,9 mln. barel təşkil edir. Eyni zamanda, benzin ehtiyatları həftə ərzində 2 mln. barel artaraq 198,1 mln. barelə çatıb. Qeyd edək ki, neft ehtiyatlarının 1,2 mln. barel artacağı gözlənilirdi.
Beləliklə, bu məlumatların açıqlanması və OPEC rəsmilərinin neft hasilatının azaldılması ilə bağlı artıq bu ay yeni qərarın qəbul ediləcəyi barədə bəyanatları neft bazarında əvvəlki günlərlə müqayisədə tarazlıq yaradıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR