BFB-da 10206320S seriyalı 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10206320S seriyalı 15 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 14 noyabr 2008 14:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10206320S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 19 988 600 manat təşkil edib. Sifarişlər 97,80% (gəlirlik 9,02%) – 98,04% (gəlirlik 8,02%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 97,81% (gəlirlik 8,98%), orta ölçülmüş qiymət isə 97,85% (gəlirlik 8,81%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 13-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR