Dünya bazarında neftin qiyməti 22 aylıq minimuma çatıb

Dünya bazarında neftin qiyməti 22 aylıq minimuma çatıb
# 18 noyabr 2008 08:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Noyabrın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,09 dollar və ya 3,6% azalaraq 1 barelə görə 54,95 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,95 dollar – 52,31 dollaradək enib.
Qeyd edək ki, neftin qiyməti 22 aylıq minimuma enib. Beləliklə, neft bazarında dünya iqtisadiyyatının geriləməsi ilə bağlı azalma tendensiyaları qalmaqdadır. Bu da gözlənilən idi, çünki ABŞ-da, Avropada və artıq Yaponiyada istehlak bazarının ardınca istehsalçıların maliyyə vəziyyətinin pisləşməsi nəticəsində istehsalat azalır və bu, neftə olan cari tələbatı azaldır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR