Dow Jones indeksi 2,1%, S&P 500 2,2%, Nasdaq isə 1,9% enib

Dow Jones indeksi 2,1%, S&P 500 2,2%, Nasdaq isə 1,9% enib
# 08 aprel 2009 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Aprelin 7-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 7811,62 bəndədək, S&P 500 2,2% - 817,33 bəndədək, Nasdaq isə 1,9% - 1575,75 bəndədək enib.
«APA-Economics»in məlumatına görə, bu gün ABŞ-da şirkətlər tərəfindən rüblük hesabatların açıqlanması prosesi başlayır ki, kotirovkaların enməsi də investorlar tərəfindən hesabatların əsasən mənfi olması gözləmələrini əks etdirir. Aprelin 7-də «Bank of Amerikan»ın səhmləri 2,3%, «Citigroup»un səhmləri 2,6%, «Wells Fargo»nun səhmləri 2,6%, «İntel»in səhmləri 2,6%, «Sun Microsystems»in səhmləri 4,3% ucuzlaşıb.
Avropa bazarlarında aprelin 7-də Britaniya FTSE 100 indeksi 1,6% - 3930,52 bəndədək, Fransa CAC-40-ı 1% - 2902,31 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 4322,50 bəndədək enib. Avropa bazarlarında enmə tendensiyaları əsasən bank və maliyyə sahəsinin mənfi göstəriciləri fonunda baş verib. Nəticədə, «Barclays»ın səhmləri 8,6%, «Lloyds Banking Group»un səhmləri 8,5%, «BNP Paribas»ın səhmləri 3%, «Royal Bank of Scotland»ın səhmləri isə 10% dəyərdən düşüb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3210 (-1,03%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR