Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 və Nasdaq isə 0,2% enib

Dow Jones indeksi 0,01% yüksəlib, S&P 500 və Nasdaq isə 0,2% enib
# 08 dekabr 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 10 390 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 103 bəndədək, Nasdaq isə 0,2% - 2 190 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, dekabrın 7-də investorlara Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı təsir edib. B.Bernanke bildirib ki, ABŞ iqtisadiyyatının bərpası aşağı templərlə gedəcək.

Avropa fond bazarlarında dekabrın 7-də FTSE 100 indeksi 0,2% - 5 311 bəndədək, Fransa CAC-0-ı 0,2% - 3 840 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5 785 bəndədək enib. Avropa fond bazarlarında kotirovkaların enməsi bir sıra iri şirkətlərin mənfi hesabat və xəbərləri nəticəsində baş verib.

Dekabrın 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 163,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4856 (-0,17%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR