Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 10 dekabr 2009 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,95 dollar və ya 2,7% azalaraq 1 barelə görə 70,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 9-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,80 dollar azalaraq 72,39 dollar təşkil edib.

Neftin ucuzlaşmasının əsas səbəbi ABŞ-da neft məhsulları ehtiyatlarının ötən həftə ərzində artması barədə məlumatlar olub. Çünki bu artım tələbatın azalmasını və ya artmamasını göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR