Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 17 dekabr 2009 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,97 dollar və ya 2,8% artaraq 1 barelə görə 72,66 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, dekabrın 16-da ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,50 dollar artaraq 73,55 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da neft ehtiyatlarının azalması səbəbindən baş verib. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ərzində ölkədə xam neft ehtiyatları 3,7 mln. barel azalaraq 332,4 mln. barel təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR