Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb
# 22 dekabr 2009 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,89 dollar və ya 1,2% azalaraq 1 barelə görə 72,47 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 21-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar azalaraq 72,99 dollar təşkil edib.

Maraqlıdır ki, OPEC-in neft hasilatı üzrə kvotaların artırılmaması barədə qərar qəbul etməsinə baxmayaraq, neftin ucuzlaşması baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR