Dow Jones indeksi 0,01%, S&P 500 0,2%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,01%, S&P 500 0,2%, Nasdaq isə 0,7% yüksəlib
# 24 dekabr 2009 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 10 466 bəndədək, S&P 500 0,2% - 1 121 bəndədək, Nasdaq isə 0,7% - 2 270 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikası makroiqtisadi göstəricilər və neftin bahalaşması nəticəsində baş verib. Belə ki, rəsmi statistikaya əsasən, noyabr ayında ABŞ əhalisinin gəlirləri əvvəlki ayla müqayisədə 0,4%, xərcləri isə 0,5% artıb, istehlak etimadı indeksi dekabrda 67,4 bənddən 72,5 bəndədək, neftin qiyməti isə gün ərzində 3,1% yüksəlib.

Avropa fond bazarlarında dekabrın 23-də FTSE 100 indeksi 0,5% - 5 358 bəndədək, Fransa CAC-0-ı 0,3% - 3 911 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 957 bəndədək artıb. Avropanın əsas fond indekslərinin yüksəlməsi əsasən korporativ xəbərlər, ABŞ-ın makroiqtisadi göstəriciləri və neft bazarındakı müsbət dinamika ilə bağlı olub.

Dekabrın 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 093,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4347 (+0,7%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR