Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının notları üzrə keçirilən hərrac baş tutmayıb

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının notları üzrə keçirilən hərrac baş tutmayıb
# 24 dekabr 2009 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50105021S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərrac iştrakçılar tərəfindən sifarişlər təqdim olunmadığı səbəbindən emitent tərəfindən baş tutmamış hesab olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR