AGBI indeksi 1,0006, ACBDI indeksi isə 1,9999 təşkil edib

AGBI indeksi 1,0006, ACBDI indeksi isə 1,9999 təşkil edib
# 05 yanvar 2010 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0006 bənd və ya 0,06% artaraq 2010-cu ilin yanvar ayının 5-nə 1,0006 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,9999 bənd və ya 2 dəfə artaraq 1,9999 təşkil edib.

ACBDI indeksinin kəskin artması ötən ilin dekabrın 30-da 4 mln. manat həcmində not emissiyasının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının 2 dəfə artması ilə bağlı olub.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR