Dow Jones indeksi 0,3%, S&P 500 0,9%, Nasdaq isə 1,3% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,9%, Nasdaq isə 1,3% enib
# 13 yanvar 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 626 bəndədək, S&P 500 0,9% - 1 136 bəndədək, Nasdaq isə 1,3% - 2 282 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-da kotirovkaların enməsinə bir neçə amil səbəb olub. Bunların sırasında ölkənin ticarət balansının kəsirinin noyabrda 3,46 mlrd. dollar artaraq 36,4 mlrd. dollara çatması, Çin iqtisadiyyatının artım templərinin bir qədər azaldılması məqsədilə Mərkəzi Bankın banklar üçün ehtiyat normaları üzrə dərəcəsini artırması olub.

Avropa fond bazarlarında yanvarın 12-də FTSE 100 indeksi 0,7% - 5 499 bəndədək, Fransa CAC-40-ı 1,1% - 4 000 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 5 943 bəndədək enib. Avropada kotirovkaların enməsi bir sıra şirkətlər üzrə mənfi korporativ xəbərlər nəticəsində baş verib.

Yanvarın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 129,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4477 dollar (-0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR