Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 14 yanvar 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,14 dollar və ya 1,4% azalaraq 1 barelə görə 79,65 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 13-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,99 dollar azalaraq 78,31 dollar təşkil edib.

Neftin ucuzlaşması ABŞ-da neft ehtiyatlarının artması barədə məlumatların açıqlanmasından sonra baş verib. Belə ki, ötən həftə ərzində neft ehtiyatları 3,7 mln. barel, benzin ehtiyatları 3,8 mln. barel, mazut və dizel yanacağı ehtiyatları isə 1,4 mln. barel artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR