Uzun fasilədən sonra neft yenidən bahalaşıb

Uzun fasilədən sonra neft yenidən bahalaşıb
# 19 yanvar 2010 06:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,25 dollar və ya 0,3% artaraq 1 barelə görə 78,25 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 18-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 77,27 dollar təşkil edib.

Qeyd edək ki, ötən həftə ərzində neftin stabil ucuzlaşması müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR