Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 21 yanvar 2010 06:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,40 dollar və ya 1,8% azalaraq 1 barelə görə 77,62 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 20-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,31 dollar azalaraq 76,62 dollar təşkil edib.

Neftin ucuzlaşmasına Çindən xəbərlər təsir edib. Belə ki, Çin hökuməti bir sıra bankın kreditləşməsinin məhdudlaşdırılmasına dair qərar çıxarıb. Səbəb kimi bu bankların kifayət qədər kapitala malik olmaması qeyd edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR