BFB-da 10502226S seriyalı 2 875,5 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10502226S seriyalı 2 875,5 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 07 aprel 2010 08:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10502226S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 875 500 manat təşkil edib. Sifarişlər 97,21% (gəlirlik 2,86%) – 97,28% (gəlirlik 2,80%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 97,21% (gəlirlik 2,88%), orta ölçülmüş qiyməti isə 97,23% (gəlirlik 2,86%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 337 700 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 2 875 500 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin aprelin 5-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR