Neftin bahalaşması dayanıb

Neftin bahalaşması dayanıb
# 08 aprel 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,96 dollar və ya 1,1% azalaraq 1 barelə görə 85,88 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, aprelin 7-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar azalaraq 85,59 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb kimi ABŞ-da ötən həftə ərzində xam neft ehtiyatlarının 2 mln. barel artmasını qeyd etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR