AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 08 aprel 2010 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0472 bənd və ya 4,5% azalaraq aprel ayının 8-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

Aprelin 7-də 4 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və həmin həcmdə bir buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşmasının sabit qalması ACBDI indeksinin sabitliyinə şərait yaradıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR