BFB-da 3,005 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 3,005 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 12 aprel 2010 07:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10202326S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 3 005,4 min manat təşkil edib. Sifariş 99,67% (gəlirlik 1,33%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər emitent tərəfindən 99,67% (gəlirlik 1,33%) səviyyəsində müəyyənləşdirilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 005,4 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin iyul ayının 9-da icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR