Bu gün BFB-da 2 mln. manatlıq üçillik istiqraz emissiyası yerləşdirilib

Bu gün BFB-da 2 mln. manatlıq üçillik istiqraz emissiyası yerləşdirilib
# 16 aprel 2010 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10800627S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 mln. manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 4,50%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü ilin aprelin 12-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR