Bu gün BBVB-nin valyuta bölməsində 1,509 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,509 mln. dollarlıq əqdlər bağlanılıb
# 11 iyun 2010 16:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,8038 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8039 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 068 921 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,8039 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 143 880 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,8038 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,509 mln. dollar və ya 1 212 801 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 754,5 min dollar düşüb.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,71%, ABŞ dolları üzrə isə illik 16,07% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR