Dow Jones indeksi 1%, S&P 500 1,2%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 1,2%, Nasdaq 1,3% yüksəlib
# 18 avqust 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avqustun 17-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 10 406 bəndədək, S&P 500 1,2% - 1 092 bəndədək, Nasdaq 1,3% - 2 209 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi bir sıra müsbət makroiqtisadi xəbərlərin təsiri altında baş verib.
Avropa fond bazarlarında avqustun 17-də FTSE 100 indeksi 1,4% - 5 351 bəndədək, Fransa CAC-40-ı 1,8% - 3 663 bəndədək, Almaniya DAX-ı 1,6% - 6 206 bəndədək yüksəlib.
Avqustun 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 228,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2847 (+0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR